...

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı artan xətt üzrə inkişaf edir - Afət Həsənova

Siyasət Materials 16 Sentyabr 2023 12:11 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı artan xətt üzrə inkişaf edir - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Tacikistana səfəri və Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etməsi bu əlaqələrin inkişafına yeni bir təkan verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir.

“Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında dərin tarixi əlaqələr mövcuddur. Xalqlarımızın ortaq mədəni kökləri, çoxəsrlik qardaşlıq münasibətləri bugünkü dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Son 30 ildə Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə əməkdaşlıq edir, münasibətlər yüksələn xətt üzrə inkişaf edir”, - deyə deputat bildirib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində tarixi zəfərdən sonra regionda yeni reallıq yaranıb:

“Yeni reallıqda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı üçün yeni imkanlar yaranıb. Belə ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm energetika, sənaye-metallurgiya, nəqliyyat-logistika və digər sahələrdə sıx əməkdaşlıq edir və iri layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin qeyd olunan sahələrdə böyük potensial var ki, bu da Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında yeni layihələrin reallaşmasına zəmin yaradır”.

A.Həsənova vurğulayıb ki, Prezident İlham Əliyevin son illər ərzində Mərkəzi Asiya, o cümlədən, regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.

“Bu xüsusda Prezident İlham Əliyev Tacikistana səfəri zamanı bir çox mühüm görüşlər keçirdi. Bu səfəri Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafında yeni bir mərhələ adlandırmaq olaq. Əminliklə qeyd edə bilərik ki, Mərkəzi Asiya ölkələri ilə möhkəm və uzunmüddətli əməkdaşlığın qurulması və bugünədək yüksələn xətt üzrə inkişaf etdirilməsi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və gərgin əməyinin nəticəsidir”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti