...

Səudiyyə Ərəbistanı səfiri etimadnaməsinin surətini Azərbaycan XİN rəhbərinə təqdim etdi

Siyasət Materials 16 Sentyabr 2023 17:15 (UTC +04:00)
Səudiyyə Ərəbistanı səfiri etimadnaməsinin surətini Azərbaycan XİN rəhbərinə təqdim etdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib.

XİN-dən Trend-ə bildirilib ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir dost ölkə olan Səudiyyə Ərəbistanının səfirinə uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib. Xüsusilə, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı həmrəyliyin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb.

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin, XİN-lər arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Səfir iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da genişlənməsi istiqamətində səyləri daha da artıracağını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti