Bakı. Trend:
"Dağlıq Qarabağ" deyə bir şey yoxdur, yalnız Qarabağ var və bu Azərbaycanın ayrılmaz və tərkib hissəsidir.
Trend-in məlumatına görə, bunu Trend BİA-nın baş direktorunun müavini Rufiz Hafizoğlu “France 24” telekanalının ərəb dilində yayımlanan proqramında müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirləri zamanı mülkü vətəndaşlar hədəfə alınmayıb.
“Azərbaycan keçirdiyi lokal antiterror tədbirləri nəticəsində terrorçuları silahı yerə qoymağa məcbur etdi”, deyə o, bildirib.