Bakı. Trend:
Qarabağda qeyri-qanuni silahlı dəstələr buraxılır.
Trend xəbər verir ki, Qarabağdakı separatçılar nəzarətlərində olan qeyri-qanuni hərbi dəstələrin buraxılması ilə bağlı qərar qəbul edildiyi barədə məlumat yayıblar. Məlumata əsasən, sentyabrın 20-də Azərbaycan lokal xarakterli antiterror tədbirlərini dayandırmasını bəyan etdikdən sonra aşağıdakı işlərin həyata keçirilməsinə sürətli vüsət almağa başlayıb:
- Silahlı dəstələrin döyüş mövqelərindən geri çəkilməsi və onların buraxılmasına başlanması
- Həlak olanların və itkin düşənlərin axtarışına başlanması
- Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya sülhməramlılarının müşayiəti ilə yaralıların Ermənistana göndərilməsi
- Humanitar yüklərin gətirilməsinin təşkili və s.
Həmçinin əhaliyə sakitliyi saxlamaq, panikaya düşməmək və təxribatlara uymamaq tövsiyə olunur.