...

Qarabağdakı qondarma rejimin ləğvi ilə bağlı bəyanat nəzərə alınıb - Kreml

Siyasət Materials 28 Sentyabr 2023 15:29 (UTC +04:00)
Qarabağdakı qondarma rejimin ləğvi ilə bağlı bəyanat nəzərə alınıb - Kreml
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Kreml Qarabağdakı qondarma rejimin ləğvi ilə bağlı bəyanatı nəzərə alıb.

Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Rusiyanın vəziyyəti diqqətlə izlədiyini deyən Peskov, rus sülhməramlılarının sakinlərə köməklik göstərdiyini bildirib.

"Hazırda Qarabağdakı ermənilərin bir çoxu Ermənistan tərəfə keçmək istədiyini bildirir. Bunu istəyən hər kəsə dəstək göstərilir", - Kreml nümayəndəsi deyib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Qeyd edək ki, bu gün Azərbaycanın Qarabağ bölgəsindəki qondarma separatçı rejimin "rəhbər"i Samvel Şahramanyan 1 yanvar 2024-cü il tarixindən etibarən qondarma qurumun özünü buraxacağını bəyan edən "sərəncam" imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti