...

Azərbaycan XİN Türkiyədəki terror hadisəsini pisləyib

Siyasət Materials 1 Oktyabr 2023 16:22 (UTC +04:00)
Azərbaycan XİN Türkiyədəki terror hadisəsini pisləyib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin paytaxtında baş verən terror hadisəsini pisləyib.

Trend-in məlumatına görə, XİN bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

“Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik.

Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik”, - deyə paylaşımda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti