...

Qarabağın Azərbaycana reinteqrasiyasına qarşı çıxmaq üçün heç bir hüquqi əsas yoxdur - “The Guardian”

Siyasət Materials 3 Oktyabr 2023 11:24 (UTC +04:00)
Qarabağın Azərbaycana reinteqrasiyasına qarşı çıxmaq üçün heç bir hüquqi əsas yoxdur - “The Guardian”
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağın Azərbaycanın ərazi bütövlüyünə daxil olması Avropa, eyni zamanda, beynəlxalq ictimaiyyət üçün heç bir zaman sual doğurmayıb.

Trend xəbər verir ki, “The Guardian“da dərc edilmiş məqalədə belə qeyd olunub.

“Avropa və beynəlxalq ictimaiyyət bunu heç vaxt sorğulamayıb və Ukraynadakı müharibə suverenlik və ərazi bütövlüyünün beynəlxalq hüququn onurğa sütunu olmasının önəmini bir daha vurğuladı. Bu baxımdan, Qarabağın Azərbaycana reinteqrasiyasına qarşı çıxmaq üçün heç bir hüquqi əsas yoxdur. Bakı silahlarını yerə qoyan və müstəqillik uğrunda siyasi mübarizədən imtina edən bütün Qarabağ ermənilərinə vətəndaşlığın verilməsini təklif edib”, - nəşr yazır.

Məqalədə Qarabağın Azərbaycana reinteqrasiyasına qarşı çıxmaq üçün heç bir hüquqi əsasın olmadığı vurğulanıb. Qarabağın Azərbaycanın rəsmi şəkildə tanınan sərhədləri daxilində olmasının heç bir şübhə doğurmadığı bildirilib.

Qeyd edək ki, 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu keçirdiyi lokal antiterror tədbirləri ilə bütün Qarabağa nəzarəti təmin etməklə Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş oldu. Azərbaycan geridə qalan təxminən 2 həftə ərzində Qarabağım erməni sakinlərinin qalıb Azərbaycan bayrağı altında, Azərbaycan qanunları ilə yaşamaq üçün hər bir şəraitin yaradılacağı, rahat yaşayışlarının təmin olunacağı ilə bağlı zəmanət də verib. Artıq Qarabağ ermənilərinin reinteqrasiya prosesi bütün istiqamətlərdə həyata keçirilməyə başlayıb. Bu günə kimi artıq 7-dən çox erməni ailəsinin Azərbaycan vətəndaşlığı almaq üçün mərkəzi hakimiyyətin nümayəndəliklərinə müraciət etdikləri də məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti