Bakı. Trend:
Rus sülhməramlılarının Qarabağda qalma müddəti Bakı ilə təmasda regiondakı vəziyyətdən çıxış edərək müəyyən olunacaq.
Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.
"Rus sülhməramlılarının regionda qalma müddəti həmkarlarımızla birgə müəyyən ediləcək. Qarabağ ərazisindən danışırsınızsa, bu, Azərbaycan tərəfi ilə birlikdə, ərazidəki vəziyyəti nəzərə alaraq müəyyən olunacaq", - deyə o aydınlıq gətirib.
Qeyd edək ki, rus sülhməramlı kontingenti Azərbaycan torpaqlarının bir hissəsində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata əsasən yerləşdirilib.
(Tərcümə: Rəna Əbdürəhmanova)