Şuşa. Trend:
Bu tədbirin uğurlu həyata keçirilməsinə və ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edirəm.
Trend xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı bildirib.
“İclas zamanı bir sıra vacib məsələlər müzakirə edildi. İƏT iqtisadi inkişafa töhfə verməklə bağlı işlərini davam etdirəcək“,- deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilir. İclas üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, İƏT çərçivəsində regional əməkdaşlığın gələcək inkişafı ilə bağlı təşəbbüs və təkliflərin, habelə iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi ilə davam edir.