Bakı. Trend:
Müvafiq portal vasitəsilə Azərbaycanın erməni sakinlər tərəfindən daxil olan müraciətlər nəzərdən keçirilir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə telefon danışığı zamanı bildirib.
Nazir Azərbaycanın erməni sakinlərinin reinteqrasiyası istiqamətində işlər həyata keçirildiyini qeyd edib.
Söhbət zamanı bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinməyin vacib olduğu vurğulanıb. Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra, Ermənistanla sülh sazişi imzalanması üçün real şansların olduğu, Ermənistan tərəfindən bu imkanların müsbət dəyərləndiriləcəyinə ümidvar olduğumuz diqqətə çatdırılıb.