Bakı. Trend:
Avropa Parlamentinin anti-Azərbaycan mövqeyi yeni deyil və dəfələrlə ölkəmiz əleyhinə qərarlar verib.
Bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab Rzayev bildirib.
O qeyd edib ki, Avropa Parlamenti çox da ciddi qurum deyil.
"Bu parlamentin heç bir inzibati gücü yoxdur".
Ekspert Avropa Parlamenti üzvlərinin korrupsiyaya bulaşmasından da söz açıb.
"Avropa Parlamentində korrupsiya halları ilə dəfələrlə qarşılaşmışıq. Korrupsiya faktlarına dair onlarla misal göstərmək olar. Ölkəmizdə istintaq altında olan Ruben Vardanyan Avropanın liberal bloku ilə erməni lobbisi arasında vasitəçi rolunu oynayıb. Bütün bunları nəzərə alaraq, Azərbaycanın vasitəsilə xeyli faktlar üzə çıxacaq”, - deyə o, bildirib.
Geniş videomüsahibəni təqdim edirik: