Bakı. Trend:
Korsikaya muxtariyyət təklif edilib, lakin onlar bundan imtina edib.
Trend xəbər verir ki, bu barədə Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Yakob Bisep mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, muxtariyyət o deməkdir ki, Fransa konstitusiyası çərçivəsində yaşayacağıq.
“Biz Fransa qanunları ilə olan heç bir muxtariyyəti qəbul etmirik”,- deyə o əlavə edib.
Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.