...

Fransa Kaledoniyanı maliyyə asılılığı olan bir bölgəyə çevirib - Kanak Birliyinin təmsilçisi

Siyasət Materials 20 Oktyabr 2023 12:25 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bizim azadlığımızla bağlı aktual problemlər davam edir. Kaledoniya hələ də Fransanın müstəmləkəsidir. 1953-cü ildən bəri bu tarixi yaşayırıq, bizə qarşı çox böyük ədalətsizliklər var.

Trend xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Kanak Birliyinin təmsilçisi Davi Nikolas Bolo deyib.

O qeyd edib ki, Fransa yerli xalqların torpaqlarını alır, əhalini isə sürgün edir. Müstəmləkələrdə fəaliyyət göstərən ictimai şəxslər öldürülür.

“Bizim xalqımıza qarşı qeyri-qanuni siyasət aparılır. Kaledoniyada ciddi korrupsiya aktları var. Seçkilərdə bunu açıq şəkildə görmək olur. Resurslarımız Fransa tərəfindən istismar edilir. Təbii sərvətlərlə zəngin ölkə olsaq da əhalinin yoxsulluq dərəcəsi olduqca yuxarıdır. Fransa Kaledoniyanı maliyyə asılılığı olan bir bölgəyə çevirib.

Beynəlxalq platformalar 200 ilə yaxın müddət ərzində Fransanın davam etdirdiyi absurd müstəmləkə siyasətinə hələ də susur. Fransa dövləti öz öhdəliklərini yerinə yetirmir və bölgədə hər zaman işsizlik, aclıq, irqçilik hökm sürür. Diplomatiya sahəsində ciddi boşluqlar var. Eyni zamanda, biz iqlim dəyişikliyi ilə bağlı çətinliklər yaşayırıq. Orada insanlar öz mədəni mənsubiyyətini itirir. Gənclər xarici ölkələrə getməyə məcbur olurlar”, - deyə Kanak Birliyinin təmsilçisi bildirib.

Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Xəbər lenti

Xəbər lenti