Bakı. Trend:
Prezident İlham Əliyev A.B.Məmmədovun Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncama əsasən, Arif Baloğlan oğlu Məmmədov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə Arif Məmmədov Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.