...

Astanada TDT-nin yubiley sammiti başlayır (FOTO)

Siyasət Materials 3 Noyabr 2023 08:00 (UTC +04:00)
Astanada TDT-nin yubiley sammiti başlayır (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Astana. Trend:

Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti başlayır.

Trend xəbər verir ki, sammit çərçivəsində fövqəladə hallar və metrologiya sahəsində çoxtərəfli sənədlərin imzalanması gözlənilir. Bundan əlavə, TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı, həmçinin Astana Aktı və Astana Sammitinin Bəyannaməsi imzalanacaq.

Zirvə toplantısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

Qeyd edək ki, 2023-cü ildə Özbəkistan TDT-yə sədrlik edir. Sədrliyin başlanğıcı ötən ilin noyabrında “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” çağırışı altında keçirilən TDT sammiti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti