...

Özünü Napoleon zənn edən Makron Almaniyanın xarici siyasətinə təsir edir (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 7 Noyabr 2023 20:02 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir. Bu gün özünü Napoleon zənn edən Emanuel Makron hər vasitə ilə çalışır ki, Azərbaycana qarşı təzyiqləri gücləndirsin və məhdudlaşdırıcı tədbirlər görsün.

Bu barəd Trend-ə açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, biz bunu erməni lobbisinin təsiri ilə əlaqələndirə bilərik.

"Lakin Fransa artıq öz milli maraqlarından bütün prosesləri nəzərdən keçirdir və ayrı-ayrı regionlarda itirilmiş mövqeyini Cənubi Qafqaz, Mərkəzi Asiya hesabına möhkəmləndirmək niyyətindədir.

Biz bununla yanaşı görürük ki, Fransa Almaniyanın xarici siyasətinə təsir edir. Bunu sanki Avropa İttifaqı çərçivəsində vahid bir mövqe formalaşması naminə edirlər. Almaniya xarici işlər nazirinin ölkəmizdə səfərdə olarkən tamamilə nazir statusuna uyğun olmayan eyni zamanda yalan fikirlər söyləməsi ilə yadda qaldı", - deyə o, əlavə edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti