...

Şahin Mustafayev İran səfiri ilə görüşdü

Siyasət Materials 14 Noyabr 2023 10:45 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş nazirinin müavini - Birgə Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvini qəbul edib.

Trend xəbər verir ki, bu barədə İran səfirliyi məlumat yayıb.

Bildirilib ki, qəbulda noyabrın 9-da Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasında baş tutan görüş zamanı müzakirə edilən ikitərəfli münasibətlərin gündəliyində olan məsələlər müzakirə olunub.

Bundan başqa, iki ölkə arasında əməkdaşlıq məsələləri, birgə enerji və nəqliyyat layihələri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti