...

Ermənistan sülh sazişi ilə bağlı sənədi iki aydan artıqdır ki gecikdirir - Hikmət Hacıyev

Siyasət Materials 14 Noyabr 2023 23:33 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan sülh sazişi ilə bağlı sənədi iki aydan artıqdır ki gecikdirir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"2023-cü il sentyabrın 11-də Azərbaycan tərəfi Ermənistanın cavabının yaxın vaxtlarda təqdim olunacağı ümidi ilə ikitərəfli kanallar vasitəsilə sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahatlarla birlikdə qarşı tərəfə təqdim edib. Bu ilin sonunadək sülh müqaviləsi imzalamağa hazır olduqları barədə ictimaiyyətin bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantının təqdim olunmasını iki aydan artıq gecikdirir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, indi bu, tarixi fürsətdir. Xüsusilə Azərbaycanın suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi suallar doğurur", - Hikmət Hacıyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti