Bakı. Trend:
Milli Məclisin növbəti iclası keçirilir.
Trend-in məlumatına görə, 20 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
4. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu
haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
5. “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının
həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
8. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
9. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
10. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
11. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
12. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
13. “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası
Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza
tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi.
14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq
keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
16. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).
17. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
18. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən
narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə
onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
19. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə
zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
20. “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz
hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə
törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli
miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).