...

Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün yeni imkan yaranıb (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 22 Noyabr 2023 12:00 (UTC +04:00)
Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün yeni imkan yaranıb (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın bu günə qədər sərgilədiyi mövqe bəllidir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Azərbaycan da bunu çox yaxşı başa düşür.

"Ermənistan danışıqlar prosesinin ikitərəfli qaydada aparılmaması üçün və prosesə regiondan kənar oyunçuların cəlb edilməsi məqsədilə bütün mümkün vasitələrdən yararlanır. Bu kontekstdə biz həm Amerika Birləşmiş Ştatlarının, həm də Avropa İttifaqı təsisatlarının Ermənistanla birlikdə sinxron şəkildə hərəkət etdiyinin şahidi oluruq.

Daha doğrusu, Ermənistan onların təlimatlarına uyğun olaraq hərəkət edir. Məqsəd də aydındır. Belə ki, Ermənistan indiki şəraitdə çalışır ki, bu və ya digər formada Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının regiona təsirini qoruyub saxlasın".

Ekspert qeyd edib ki, beynəlxalq hüquq əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normak=llaşması prosesi üçüncü ölkələrin müdaxilə imkanlarını məhdudlaşdırır.

"Münasibətlərin tənzimlənməsi üçün kifayət qədər imkanlar var. Amma bunu nə Ermənistan, nə də onun himayəçiləri arzulayır", - deyə o vurğulayıb.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti