...

Azərbaycan minatəmizləmə üzrə humanitar fəaliyyətdə liderdir - Vladanka Andreyeva

Siyasət Materials 28 Noyabr 2023 17:19 (UTC +04:00)
Azərbaycan minatəmizləmə üzrə humanitar fəaliyyətdə liderdir - Vladanka Andreyeva
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan minatəmizləmə üzrə humanitar fəaliyyətdə, xüsusən qadınların cəlb olunması və bu sahədə hüquq və imkanlarının genişləndirilməsi üzrə liderdir.

Bu barədə Trend-ə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.

"BMT 1999-cu ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının tərəfdarı olaraq çıxış etməklə, Azərbaycanda minatəmizləmə ilə əlaqəli fəaliyyəti aktiv şəkildə dəstəkləyir. 2020-ci ildən başlayaraq BMT Azərbaycan hökuməti və buradakı tərəfdaşlarla sıx əməkdaşlıq göstərir. Bu, ilk növbədə ANAMA-nı fəal şəkildə dəstəkləyən BMT-nin İnkişaf proqramı (BMTİP), BMT-nin Uşaq Fondu (UNICEF) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığıdır", - Andreyeva deyib.

Onun sözlərinə görə, gələcəkdə BMT Azərbaycanda hökumət, ANAMA və tərəfdaşlarla sıx əməkdaşlığa davam edəcək, çünki 2030-cu ilədək dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmağın yolu "minalardan təmizlənməlidir".

Rezident əlaqələndirici BMT-nin Azərbaycanda DİM-in əldə edilməsi üçün dörd əsas prioritetə malik olduğunu qeyd edib: inklüziv inkişaf, milli institutların möhkəmlənməsi, iqlim dəyişikliyi ilə mübarizə, eləcə də, qadınların və qızların hüquq və imkanlarının genişləndirilməsi.

V.Andereyeva 2023-cü ilin sentyabr ayında Nyu Yorkda DİM sammitinin keçirildiyini və burada bütün üzv dövlətlərin 2030-cu ilədək DİM sahəsində Gündəliyi dəstəkləməyə davam etmək barədə qərar qəbul etdiklərini xatırladıb. Azərbaycan milli öhdəlikləri təqdim edən 32 ölkə arasında olub. Ölkə Cənubi Qafqazda dayanıqlı inkişaf sahəsində lider olmağa davam edəcəyi ilə bağlı vədini yerinə yetirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti