...

Azərbaycan Ordusunun Ermənistanın mövqelərinə atəş açması barədə məlumat yalandır - MN

Siyasət Materials 4 Dekabr 2023 18:17 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.

"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik", MN-in məlumatında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti