...

Növbəti ilin dövlət büdcəsi üçüncü oxunuşda qəbul edildi

Siyasət Materials 5 Dekabr 2023 11:18 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində təsdiq edilib.

Qeyd edək ki, Ağdərə rayonunun yaradılmasına görə dövlət büdcəsinə dəyişiklik edilib. Ağdərə rayonunun təsis edilməsi ilə bağlı dövlət büdcəsi ilə bağlı qanun layihəsinə rayonun adının daxil edilib. Bununla yanaşı, dövlət büdcəsində Bakıya və Laçına ayrılan vəsait artırılır. Bakı şəhərinin yerli xərclərinin 2,3 milyon, Laçın rayonunun yerli xərclərinin 100 min manat artırılması nəzərə alınıb.

Həmçinin, Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun inşası, fəaliyyəti üçün dövlət sifarişi əsasında tələb olunan 7,3 milyon manat vəsait agentliyin əsas fəaliyyəti üçün kənd təsərrüfatı xərc bölməsində nəzərdə tutulmuş vəsaitdən 507,1 milyon manat vəsait həmin maddə üzrə dövlət büdcəsində öz əksini tapmışdı. Həmin vəsaitin 7,3 milyon manatının azaldılması və müvafiq olaraq həmin vəsaitin elm xərcləri bölməsinə yönəldilməsi təklif olunur.

Eyni zamanda, 7.8-ci maddədə mənzil və kommunal təsərrüfat bölməsi üzrə 364 milyon 783 min 119 manat rəqəmi 367 milyon 83 min 119 manat rəqəmi ilə əvəz ediləcək, 7.9-cu maddədə kənd təsərrüfatı bölməsi üzrə 1 milyard 109 milyon 893 min 587 manat rəqəmi 1 milyard 102 milyon 593 min 587 manat rəqəmi ilə əvəz ediləcək, 7.10-cu maddəsində ətraf mühitin mühafizəsi bölməsi üzrə 376 milyon 822 min 901 manat rəqəmi 376 milyon 872 min 901 manat rəqəmi ilə əvəz ediləcək, 7.12-ci maddədə əsas bölməyə aid edilməyən xərclər bölməsi üzrə 1 milyard 392 milyon 674 min 201 manat rəqəmi 1 milyard 390 milyon 324 min 201 manat rəqəmi ilə əvəz edilib.
Müzakirələrdən sonra dövlət büdcəsi üçüncü oxunuşda səsverməyə qoyularaq təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti