Bakı. Trend:
Tarix dərsliklərinə Qərbi Azərbaycanla bağlı xüsusi bölmələrin daxil edilməsi təklif olunur.
Trend xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Sevinc Hüseynova parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə çıxış edib.
O qeyd edib ki, Azərbaycan xalqının başına gətirilən bütün bəlaların öyrənilməsi üzərində işləri davam etdirməli və gənclərimizə tariximizi dərindən çatdırmalıyıq.
“Bu baxımdan, tarix dərsliklərində Qərbi Azərbaycanla bağlı xüsusi bölmələrin daxil edilməsi vacib məsələdir. İstər orta məktəblərdə, istər ali təhsil ocaqlarında bunun tədris edilməsi mühüm əhəmiyyət kəsb edir. Qərbi Azərbaycanda yaşayıb-yaradan xalqımız, onların mübarizəsi haqqında biliklərin gənc nəslə çatdırılması önəmlidir”, - deyə o əlavə edib.