Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden Ukraynaya 200 milyon dollar məbləğində hərbi yardımın ayrılmasını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə deyib.
Bayden hesab edir ki, ABŞ Konqresi Ukraynaya 60 milyard dollardan çox yardımı təsdiq etməlidir.
O, Zelenskini bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.