...

Aidiyyatı olmayan ölkələrdənsə, Türkiyənin iştirakı daha vacibdir - Nazir

Siyasət Materials 14 Dekabr 2023 15:23 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan hər zaman postmünaqişə dövründə Ermənistanla münasibətlərin normallaşması üçün öz mövqeyini ortaya qoyub və Ermənistanı dəfələrlə ikitərəfli danışıqların aparılması və qərəzsiz üçüncü tərəfin vasitəçiliyi ilə danışıqlar aparılmasını təklif edib.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə keçirilən mətbuat konfransında deyib.

Türkiyənin danışıqlarda iştirakına gəlincə isə nazir bildirib ki, Türkiyə Azərbaycana qardaş ölkə olmaqla yanaşı, Ermənistanın qonşusudur.

“Aidiyyatı olmayan təşəbbüslər irəli sürən ölkələrdənsə, Türkiyənin iştirakı daha vacibdir. Türkiyə regionda dayanıqlı sülhün, inkişafın bərqərar olması üçün maraqlıdır. Praqmatik düşünərsə Ermənistanın özü üçün də Türkiyənin rolu əlverişli olardı. Qərar Ermənistan tərəfinin üzərindədir. Son zamanlar Türkiyə ilə Ermənistan arasında dialoq var və Azərbaycan Türkiyənin rolunun daha da artmasını alqışlayır”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti