...

Ermənistan qeyri-konstruktiv yanaşmadan əl çəkməlidir - İcmanın BƏYANATI

Siyasət Materials 14 Dekabr 2023 15:42 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan rəsmilərinin son günlər sülh müqaviləsinin imzalanması üçün “3 prinsipə riayət olunması”, “qoşunların sərhəddən geri çəkilməsi”, “beynəlxalq qarant mexanizmi” barədə dedikləri fikirlər bu ölkənin sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını, müxtəlif süni maneələrlə prosesi yubatdığını göstərir.

Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

"Görünür, bunun səbəbi Fransa başda olmaqla xarici ölkələrdən alınan silahların və Avropa İttifaqının bu ölkədəki missiyasının sayının artırılmasının Ermənistana verdiyi güvəndir. Ermənistan sülh müqaviləsinin imzalanması üçün şərtlər irəli sürmək kimi qeyri-konstruktiv yanaşmadan əl çəkməlidir", bəyanatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti