Bakı. Trend:
İlham Əliyev qüdrətli Prezident, xalqın sevgisini qazanan lider və vətənini, xalqını sevən böyük azərbaycanlıdır. Bu illər ərzində də Prezident İlham Əliyev Azərbaycan xalqının arzularını reallaşdırmağa davam edir.
Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev qeyd edib ki, güclü lider insanların dövlətçilik arzularını milli amala çevirir. Xalqı bu amal, ümumi ideya, prinsip və məqsədlər ətrafında birləşdirir və düzgün hədəflərə çatdırır.
“Azərbaycan Prezidenti bütün seçkilərdə, başqa rəqabət meydanlarında həmişə öz opponentlərindən güclü olub. Bu da təbii və məntiqlidir. dövlətimizin başçısı öz gücünü Azərbaycan xalqından alır. Dünyamızda tez-tez yaşanan iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və başqa qlobal çağırışlara rəğmən Prezidentimizin nümayiş etdirdiyi yüksək qətiyyət, peşəkarlıq və xalqın dəstəyinə arxalanan siyasət Azərbaycan dövlətinin son onilliklərdəki uğurlarının əsas səbəbidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu məsuliy-yətlə, sədaqətlə, sevgilərlə davam etdirir. Azərbaycanın siyasi nüfuzu daha da artır. Bu, öz təsirini iqtisadi münasibətlərdə də göstərir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin başladığı beynəlxalq iqtisadi əlaqələr sistemi həm mahiyyət baxımından genişləndirilir, həm də forma baxımından. Dünyanın aparıcı dövlətləri Azərbaycanla daha intensiv əlaqələri möhkəmlətməyə indi də maraqlıdır.
Bu dönməz siyasi kursa görə gənclərin potensialından səmərəli istifadə olunur, müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental amillər bu siyasətlə üzvi şəkildə səsləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər gənclərin potensia-lının gerçəkləşməsini, onların vətənpərvər, savadlı kadr kimi formalaşmasını, gənc ailələrin sosial təminatını əhatələyir.
Azərbaycan Prezidenti ölkəmizdə milli vəhdəti daha da gücləndirib. Cəmiyyətimizə yeni siyasi mədəniyyət gətirib. Siyasi baxışlar arasındakı ziddiyyətlərin faydalı dialoq, sağlam diskussiya məcrasına yönəlməsi üçün münbit şərait formalaşdırıb”, - deyə A.Qarayev əlavə edib.
A.Qarayev onu da əlavə edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində bu nəslin gücü ilə torpaqlarımızı düşməndən təmizlədi. Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Azərbaycanın itirilmiş torpaqlarının böyük bir hissəsini düşməndən geri almağa nail oldu. Dünya güclərinin öz məkrli oyunlarını oynamaqdan ötrü 2 əsrdir regionda başımızın bəlasına çevirdikləri erməni layihəsini iflasa uğratdı.
“Elə ölkəmizi son onilliklərdə ən böyük nailiyyətlərinə yetirən, tarixin ən güclü Azərbaycanını yaradan əsas amil də hər bir addımın yerində, öz vaxtında-vədəsində atılması və inkişaf proseslərinin ardıcıllığının təmin olunmasıdır. Məhz bunun sayəsində respublikamız son on illərdə əsrlərin sosial-iqtisadi uğurlarını qazanıb. Dünyanın inkişaf mərkəzlərindən birinə çevrilib. Planetimizin əsas nəqliyyat-kommunikasiya qovşaqlarından biri statusunu qazanıb. Bu gün regionla bağlı bütün məsələlərdə Azərbaycanın rəyi, mövqeyi nəzərə alınır. Dövlətimizin beynəlxalq nüfuzu, qlobal proseslərə təsir imkanları getdikcə artır. Azərbaycan dövləti dünyanın ən qüdrətli ordularından birinə sahibdir. Vətən müharibəsindəki qələbəmizin ardınca Azərbaycan dövləti öz maddi imkanları hesabına Qarabağı, Şərqi Zəngəzuru yenidən dirçəldir, bu torpaqları cənnətə çevirir. Dövlətimizin sosial-iqtisadi nailiyyətləri Azərbaycan insanlarının həyat səviyyəsini yüksəldir, sosial rifahını daha da yaxşılaşdırır.
Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycan dövlətinə, xalqına qazandırdığı nailiyyətlərdir”, - deyə A.Qarayev əlavə edib.
A.Qarayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri Azərbaycanda insan amilinə verilən dəyərin fəlsəfi mahiyyətinin siyasi-sosial düsturudur.
“İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsə-dilə qəbul edilən qanun layihələri, imzalanan fərman və sərəncamlar Azərbaycanda “dünyanın əşrəfi” olan insana verilən yüksək mənəvi dəyərin təcəssümüdür...
Ümummilli lider Heydər Əliyev memarı olduğu müasir Azərbaycanı Prezident İlham Əliyev daha geniş miqyasda tanıtdı, ona böyük siyasi ehtiramlar qazandırdı...”, - deyə A.Qarayev əlavə edib.
. .