...

Makron rejimi Azərbaycana qarşı qərəzli mövqe tutmaqla, qlobal mövqelərini də itirir - Sevil Mikayılova

Siyasət Materials 28 Dekabr 2023 12:57 (UTC +04:00)
Makron rejimi Azərbaycana qarşı qərəzli mövqe tutmaqla, qlobal mövqelərini də itirir - Sevil Mikayılova
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın dipomatik missiyasının iki əməkdaşının arzuolunmaz şəxs elan edilməsi rəsmi Parisin Azərbaycana qarşı məkirli siyasətinə adekvat cavabdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makronun Azərbaycana qarşı açıq düşmənçilik yolunu tutması dövlətlərarası münasibətlərə ciddi zərbə vurur, hətta hazırda Azərbaycan və Fransa arasında gərginliyin pik həddə olduğu hesab edilir.

S.Mikayılova bildirib ki, Makron hakmiyyəti Azərbaycanın daxili işlərinə qarışır, Ermənistana dəstəyini göstərmək üçün ölkəmizə münasibətdə ardıcıl çirkli siyasət həyata keçirir:

"Azərbaycanlı iki diplomatın Fransada "persona-non-grata" (arzu olunmaz şəxs) elan edilməsi də bu qərəzin tərkib hissəsidir.

Fransa beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanda agentura şəbəkəsi yaradıb və kəşfiyyat işləri görüb. Bu barədə yerli və xarici mətbuatda kifayət qədər məlumat yayılıb. Azərbaycan təhlükəsizlik orqanları peşəkarlıq nümayiş etdirərək, Parisin casus şəbəkəsini bir neçə ölkədə ifşa edib.

Təbii ki, Azərbaycan xüsusi xidmət orqanlarının bu ayıq-sayıqlığı Makron hakimiyyətində ciddi narahatlığa səbəb olub. Ona görə də heç bir əsas olmadan iki azərbaycanlı diplomat Fransada arzuolunmaz şəxs elan edilib”, - deyə S.Mikayılova əlavə edib.

O qeyd edib ki, Fransanın bu cür addımları nəinki iki ölkə arasında münasibətləri pisləşdirir, eyni zamanda, beynəlxalq aləmdə bu ölkəni özünü rüsvay vəziyyətinə salır.

“Fransa tərəfindən Ermənistanın silahlandırılmasına yardım edilir, Azərbaycana qarşı beynəlxalq təşkilatlarda qarayaxma kampaniyaları aparılır. Ümumiyyətlə, Makron rejimi hakimiyyətə gəldikdən sonra Fransanın dünyadakı nüfuzu ciddi şəkildə sarsılıb. Görünən odur ki, Makronun xələfləri bu düşüncəsiz siyasətin acı fəsadlarını aradan qaldırmaq üçün hələ uzun müddət çalışmalı olacaqlar”.

S.Mikayılova vurğulayıb ki, Makron rejimi tək Cənubi Qafqazda deyil, bir çox regionlarda uğursuzluğa düçar olub, nüfuzunu itirib:

"Fransa artıq dünyadakı geosiyasi proseslərdən kənarda qalır. Makron rejimi Azərbaycana qarşı qərəzli mövqe tutmaqla, qlobal mövqelərini də itirir.

Yalnız Azərbaycanda yox, bir çox ölkələrdə Fransanın onların daxili işlərinə qarışmaq cəhdlərinin və bunun nəticəsində fransız diplomatların ölkədən qovulmasının şahidi oluruq.

Fransadakı hakim dairələr göstərdikləri təzyiq cəhdlərinin uğursuz sonluğunda dəfələrlə əmin olublar ki, Azərbaycan bu təzyiq üsullarının qarşısını çox məharətlə alır, müxtəlif yollarla ölkəmizin iradəsinə təsir göstərmək cəhdləri isə fiasko ilə nəticələnir”.

Xəbər lenti

Xəbər lenti