...

İlham Əliyevin Prezident seçkilərində qələbəsi Bakıda Heydər Əliyev Mərkəzinin parkında qeyd olunur (FOTO/VİDEO)

Siyasət Materials 7 Fevral 2024 21:38 (UTC +04:00)
İlham Əliyevin Prezident seçkilərində qələbəsi Bakıda Heydər Əliyev Mərkəzinin parkında qeyd olunur (FOTO/VİDEO)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Mərkəzinin qarşısındakı parkında Bakı sakinləri Prezident seçkilərində İlham Əliyevin qələbəsini qeyd edirlər.

Trend exit-poll nəticələrini elan etdikdən sonra insanlar sevinclərini ifadə etmək üçün buraya toplaşıblar. Təbriklərini fəal şəkildə ifadə edib, sevinclərini bölüşüblər.

Bu gün İlham Əliyevi dəstəkləyən hər kəs üçün birlik rəmzinə çevrilib.

Bakının hər yerində bu əlamətdar gündə bayram və birlik ab-havası hökm sürür.

Xatırladaq ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs veriblər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edib. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edib.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edib. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti