...

Rusiya Qarabağda sülhməramlıların olması şərtlərini yalnız Azərbaycanla müzakirə edəcək - Qaluzin

Siyasət Materials 10 Fevral 2024 14:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya sülhməramlılarının Qarabağda olması şərtlərini yalnız Azərbaycanla müzakirə edəcək.

Trend-in məlumatına görə, bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

"Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq", - o deyib.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarabağa yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti