...

Küveytin Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 20 Fevral 2024 15:42 (UTC +04:00)
Küveytin Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Küveyt Dövlətinin Baş naziri Məhəmməd Sabah əl-Salim əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Fürsətdən istifadə edərək dost Azərbaycan xalqına göstərdiyiniz xidmətdə, ölkənizin tərəqqisi və rifahı istiqamətində fəaliyyətinizdə Zati-alinizə uğurlar arzulayıram. Xalqlarımız arasında mövcud olan sıx dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edərək, bu münasibətlərin ölkələrimizin mənafeyi naminə daha da inkişaf etdirilməsi ilə bağlı istəyimizi bir daha vurğulayıram.

Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı inkişaf və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti