...

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu qüvvəyə minib - FƏRMAN

Siyasət Materials 20 Fevral 2024 15:50 (UTC +04:00)
Azərbaycan və BƏƏ arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu qüvvəyə minib - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiq edib.

Trend xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış Memorandum qüvvəyə mindikdən sonra Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfinə bildiriş göndərməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti