...

ABŞ dövlət departamentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Siyasət Materials 22 Fevral 2024 19:09 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət departamentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Azərbaycana səfərə gəlib.

Bu barədə Trend-ə ABŞ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, ABŞ Səfirliyi İqlim üzrə xüsusi nümayəndənin müavini Syu Biniazini Azərbaycanda salamlamaqdan məmnundur.

"Xanım Biniaz noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-ın dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək", məlumatda qeyd olunub.

Qeyd edək ki, COP29-nun Azərbaycanda keçirilməsi ilə bağlı qərar rəsmi olaraq 2023-cü il dekabrın 11-də Dubayda elan edilib. Azərbaycan noyabrda bu tədbirə ev sahibliyi edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti