...

Zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi müddəti ARTIRILIR

Siyasət Materials 23 Fevral 2024 12:38 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Məişət zorakılığından zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi müddəti artırılır.

Trend-in məlumatına görə, bunula bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.

Qanunun qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar 11-ci və 12-ci maddələrində qısamüddətli mühafizə orderinin müddətinin beynəlxalq təcrübəyə əsaslanaraq 60 günədək artırılması təklif olunur.

Eyni zamanda qısamüddətli mühafizə orderinin verilməməsinə görə məsuliyyətin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edilməsi nəzərdə tutulur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti