...

İran Səfirliyi Xocalı faciəsi ilə bağlı Azərbaycana başsağlığı verib

Siyasət Materials 26 Fevral 2024 13:31 (UTC +04:00)
İran Səfirliyi Xocalı faciəsi ilə bağlı Azərbaycana başsağlığı verib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Azərbaycandakı Səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar bir daha dost və qardaş Azərbaycan xalqına başsağlığı verir.

Trend-in məlumatına görə, bu, İranın Azərbaycandakı Səfirliyinin “Facebook” səhifəsindəki paylaşmında öz əksini tapıb.

İran səfirliyi Xocalı faciəsinin qurbanlarının yaxınlarının dərdinə şərik olduğunu bildirib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti