...

Bu hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına icazə veriləcək

Siyasət Materials 29 Fevral 2024 11:05 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Alternativ xidmət haqqında” qanunun hazırlanması və qəbul edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində təsbit edilmişdir ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. Qeyd edilənləri nəzərə alaraq, Ombudsman “Alternativ xidmət haqqında” qanunun hazırlanmasını və qəbul edilməsini məqsədəmüvafiq hesab edir.

Xəbər lenti

Xəbər lenti