...

Ermənistan indiki havadarlarının dediyi ilə hərəkət etsə, onu heç bir müsbət hadisə gözləməyəcək - ŞƏRH

Siyasət Materials 1 Mart 2024 15:56 (UTC +04:00)
Ermənistan indiki havadarlarının dediyi ilə hərəkət etsə, onu heç bir müsbət hadisə gözləməyəcək -  ŞƏRH
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əgər Ermənistan indiki havadarlarının yolu ilə getsə, onların dediyi ilə hərəkət etsə, bu zaman onu heç bir müsbət hadisə gözləmir.

Bunu Trend-in suallarını cavablayarkən politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, təəssüflər olsun ki, bir çox dairələr, xüsusilə Qərb ölkələri postmünaqişə reallıqları ilə barışmaq istəmirlər.

"Onlar Ermənistan vasitəsilə müxtəlif addımlar atmaq istəyirlər: sülh müqaviləsi bağlanmasın, delimitasiya və demarkasiya prosesi ləngisin. Bir sıra hallarda prosesi ləngidə bilirlər. Görünən odur ki, Qərb ölkələri reallıqla nəinki barışmırlar, hətta qarşısını almaq üçün müxtəlif addımlar atırlar. Lakin tarix, təcrübə onu göstərir ki, təbii proseslərin qarşısını almaq mümkün deyil. Onlar gec-tez reallaşacaq.

Bu, reallaşanda Ermənistan yenidən uduzan tərəf olacaq. Çünki reallıqların qarşısını almağa cəhd göstərir, bir çox mühüm məsələlərdən kənarda qalır. Bu, Ermənistanın seçimidir. Əslində, Ermənistan bu proseslərə qoşulmaqla qazana bilər. Regiondakı proseslərdə konstruktiv yerini tuta bilər", - deyə İ.Vəlizadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti