...

Prezident İlham Əliyev: Biz beynəlxalq hüququ özümüz bərpa etdik və göstərdik ki, güclü siyasi iradəmiz, potensialımız var

Siyasət Materials 14 Mart 2024 12:03 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın qeyri-qanuni işğalın qurbanı idi, etnik təmizləməyə məruz qalmışdı.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti