...

Danışıqlardan nəticə əldə edilməməsi BMT-nin sonu deməkdir - İslandiyanın sabiq prezidenti

Siyasət Materials 14 Mart 2024 18:26 (UTC +04:00)
Danışıqlardan nəticə əldə edilməməsi BMT-nin sonu deməkdir - İslandiyanın sabiq prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan özü problemini həll edərək, suverenliyini bərpa etdi.

Trend xəbər verir ki, bunu İslandiyanın sabiq prezidenti Olafur Raqnar Qrimsson XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.

“Avropanın ikili standartlarına görə illərdir Azərbaycan və Ermənistan arasında məsələ həll edilmədi. İllərdir təsisatlar vasitəsilə aparılan danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı. Bu dialoqlardan, danışıqlardan nəticə əldə edilməməsi BMT-nin sonu deməkdir. Bizim qarşımızda intellektual çağırış durur.

Təməldə bir sual dayanır. Biz dünyanı nə qədər etik normalara uyğun qurduq?", - deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Xəbər lenti

Xəbər lenti