...

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin hər bir qarışı minalarla doludur - Hikmət Hacıyev (FOTO)

Siyasət Materials 4 Aprel 2024 11:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, demək olar ki, hər bir qarışı minalarla doludur.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" platformasındakı səhifəsində yazıb.

"Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən təqdim olunmuş fotoşəkildə neytrallaşdırılmalı yerüstü minalar sarı işrələrlə göstərilib", - deyə o yazıb.

Qeyd edək ki, mart ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 299 piyada əleyhinə mina, 114 tank əleyhinə mina, 1254 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bugünədək 60 94,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

2020-ci ildə 2-ci Qarabağ müharibəsi bitəndən ümumilikdə 350 Azərbaycan vətəndaşı minadan zərər görüb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti