...

Azərbaycan və BMT arasında Yeni Əməkdaşlıq sənədi üçün yol xəritəsi təqdim edilib

Siyasət Materials 8 Aprel 2024 14:44 (UTC +04:00)
Azərbaycan və BMT arasında Yeni Əməkdaşlıq sənədi üçün yol xəritəsi təqdim edilib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və BMT arasında Yeni Əməkdaşlıq sənədi üçün yol xəritəsi təqdim edilib.

Trend xəbər verir ki, bu barədə BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin məlumatların idarə olunması, nəticələrin monitorinqi və hesabatvermə üzrə müşaviri Gülər Fətəli "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.

"Yaxın beş il ərzində strateji planlaşdırma çərçivəsində 2026-2030-cu illər Yeni Əməkdaşlıq planı hazırlanıb. Bu sənəd təşkilatın strukturlaşdırılması və fəaliyyətinin koordinasiyası məqsədilə hazırlanmış yol xəritəsidir. 2024-cü ilin aprel ayından 2026-cı ilin mart ayına qədər ilkin məlumatların hazırlanması, strateji planlaşdırmadan başlayaraq konkret layihə və təşəbbüslərin icrasına qədər mərhələlər seriyası planlaşdırılıb", - o deyib.

Onun sözlərinə görə, planın əsas bəndləri strateji seminarların keçirilməsi, lazımi sənədlərin idarəetmə orqanları səviyyəsində təsdiqlənməsi və sazişlərin imzalanmasından ibarətdir.

"İcranın müasir monitorinq mexanizmlərinin inteqrasiyasına da mühüm diqqət ayrılıb ki, bu da təşkilatın nəticə və səmərəliliyə yönəldiyini vurğulayır. Planın mərhələləri diqqətlə planlaşdırılıb və məntiqi ardıcıllıqla təşkil olunub ki, bu da iş proseslərinin uzunmüddətli inkişafı və optimallaşdırılmasına kompleks yanaşmanı əks etdirir", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 8-də "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclası keçirilib.

Tədbirdə 2024-cü il üzrə çərçivə sənədinin icrası üzrə birgə fəaliyyət planları müzakirə olunub və təsdiqlənib, həmçinin maliyyə ili üzrə büdcə prosesi və strateji istiqamətlər müəyyən edilib.

Bundan başqa, tədbir çərçivəsində sənədin icrasının 5 istiqaməti üzrə yekun qruplarının həmsədrləri 2023-cü ilin yekunlarını açıqlayıb və 2024-cü il üzrə prioritet istiqamətləri müəyyənləşdiriblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti