Bakı. Trend:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında qeyd edilib.
Bildirilib ki, danışıqlar Azərbaycan və Qırğız Respublikası arasında qardaşlıq münasibətlərini səciyyələndirən tam açıqlıq və etimad şəraitində keçdi.
Tərəflər strateji tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.