...

Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək

Siyasət Materials 9 Aprel 2024 17:03 (UTC +04:00)
Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən cari il ərzində iki ölkə arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək.

Trend MN-ə istinadən xəbər verir ki, təlimin birinci qərargah danışıqlarının keçirilməsi məqsədilə Özbəkistan nümayəndə heyəti ölkəmizə səfər edib.

Özbəkistanlı nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında keçiriləcək kompüter dəstəkli taktiki komanda-qərargah təlimi haqqında brifinq təqdim olunub.

Təlimin məqsədi, icra olunacaq tapşırıqlar və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılan görüşün sonunda komanda-qərargah təliminin yekun protokolu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti