Bakı. Trend:
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukrayna xarici işlər nazirinin müavini İrina Borovets ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə səfir “X” sosial şəbəkəsində paylaşım edib.
“Bu ilin sonunda Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı, o cümlədən Ukrayna və Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin Azərbaycanın Ukraynaya humanitar yardımı və təşəbbüsləri barədə məlumat verilib”, - səfir qeyd edib.