...

Müstəmləkəçiliyə qarşı mübarizə aparmalıyıq - Yeni Kaledoniya Senatının üzvü

Siyasət Materials 18 Aprel 2024 15:40 (UTC +04:00)
Müstəmləkəçiliyə qarşı mübarizə aparmalıyıq - Yeni Kaledoniya Senatının üzvü
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz müstəmləkəçiliyə qarşı mübarizə aparmalıyıq. Bu gün Azərbaycan bizə öz yardım əlini uzadıb. Azərbaycana təşəkkür edirik.

Trend-in məlumatına görə, bunu Milli Məclisdə “Yeni Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda Yeni Kaledoniya Senatının üzvü Moris Vimian deyib.

O qeyd edib ki, bu gün Fransa ilə fərqli şəkildə danışıqlar aparılır.

“Onlar institutların fəaliyyətinə müdaxilə edirlər. Fransa indi də elə siyasət aparır ki, bu gün də inzibati vəzifələrdə kanak xalqı az təmsil olunsun. Fransa keçmişdə apardığı siyasəti davam etdirəcək, bizə mane olacaq, amma biz mübarizəmizi davam etdirəcəyik”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti