...

Prezident İlham Əliyev qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Siyasət Materials 24 Aprel 2024 14:02 (UTC +04:00)
Prezident İlham Əliyev qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.

Trend xəbər verir ki, bu barədə dövlət başçısı qırğızıstanlı həmkarı ilə mətbuata bəyanatında bildirib.

“Mən Sadır Nurqujoyeviçi noyabrda COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, hər bir görüş həm qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin möhkəmləndirilməsi baxımından, həm də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından mühüm və dəyərlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti