...

Azərbaycan səfiri BƏƏ xarici işlər nazirinin mükəmməllik mükafatına layiq görülüb

Siyasət Materials 23 May 2024 04:37 (UTC +04:00)
Azərbaycan səfiri BƏƏ xarici işlər nazirinin mükəmməllik mükafatına layiq görülüb

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan nazirliyin Əbu-Dabidəki mənzil-qərargahında keçirilən mərasimdə “5-ci Xarici işlər naziri mükəmməllik mükafatı”nın 34 qalibini təltif edib.

Trend xəbər verir ki, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov da mükafat alanlar sırasında olub.

On səkkiz diplomatik nümayəndəlik və nazirliyin doqquz idarəsi mükafatlandırılıb.

Mükafatlar innovasiyaların təşviqi, uyğunlaşma və irəli düşünmə qabiliyyəti, təşəbbüskarlıq və məsuliyyətlilik kimi bir çox meyarlar nəzərə alınaraq təqdim edilib.

Nazir Şeyx Abdullah bin Zayed Əl Nəhyan çıxış edərək qaliblərin qabaqcıl təşəbbüslərini, yaradıcı ideyalarını, işlərində mükəmməlliyə və yeniliyə sadiqliklərini yüksək qiymətləndirdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti