...

Azərbaycan - İran münasibətlərində böhran vəziyyət geridə qalıb - Azər Qarayev

Siyasət Materials 23 May 2024 19:19 (UTC +04:00)
Azərbaycan - İran münasibətlərində böhran vəziyyət geridə qalıb - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan - İran münasibətlərində böhran vəziyyətinin geridə qaldığını deyə bilərik.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

A.Qarayev deyib ki, yaxın vaxtlarda İrandakı Azərbaycan səfriliyinin açılması da planlaşdırılır.

"Bu da ikitərəfli əlaqələrin bərpası və inkişafı üçün vacib amillərdəndir. Səfirliyimizə hücum edən şəxs cəzalandırıldı və Azərbaycan dövlətinin müəyyən etdiyi kimi səfirliyimizin təhlükəsizliyinə təminat veriləcəyi halda onun fəaliyyətinin bərpası düşünülürdü.

Azərbaycan dövləti bütün qonşuları ilə olduğu kimi, İranla da bərabərhüquqlu, mehriban qonşuluq siyasəti aparır. Əlaqələrin inkişaf etdirilməsi hər zaman Azərbaycan dövlətinin prioriteti olub", - politoloq əlavə edib.

A.Qarayev onu da vurğulayıb ki, İran Prezidenti İbrahim Rəisinin bədbəxt hadisə nəticəsində həyatını itirməsi Azərbaycan ictimaiyyətini də təssüfləndirdi.

"Azərbaycan Prezidenti İlham Əliyev bu hadisəyə reaksiya verən ilk dövlət başçılarından oldu. Prezident İlham Əliyev İranın ölkəmizdəki İran səfirliyini ziyarət edərək Rəisinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verdi", - o qeyd edib.

Politoloqun sözlərinə görə, Prezidentlərin görüşündə qəbul olunmuş razılaşmaların icra olunması vacibdir.

"Xüsusilə inşası nəzərdə tutulan Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yolu olacaq. Oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Qarşıdan gələn dövrdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur. İnfrasturktur layihələrinin həyata keçirilməsi ölkələrimiz arasında istiqadi əlaqələrin daha da genişlənməsi üçün vacib şərtlərdəndir.

Əldə olunmuş razılaşmalar onu deməyəsə əsas verir ki, Azərbaycan qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək", - A. Qarayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti