...

Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada işgüzar səfərdədir

Siyasət Materials 27 May 2024 14:45 (UTC +04:00)
Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada işgüzar səfərdədir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 27-də Antiqua və Barbudaya işgüzar səfər gedib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, Seynt Cons Hava Limanında Milli Məclisin sədrini Antiqua və Barbuda Xarici İşlər Nazirliyinin katibi Entoni Liverpul, Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Kiçik Adalar üzrə İnkişaf etməkdə olan Dövlətlərin 4-cü Beynəlxalq Konfransının açılış mərasimində və birinci Plenar İclasında iştirak edəcək. Sahibə Qafarovanın plenar iclasda çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti